Donnarumma "PSJ"yə transferində Buffonun rolundan danışdı
Transfer

Donnarumma "PSJ"yə transferində Buffonun rolundan danışdı

  • 2021-07-21

PSJ-nin yeni transferi Canluici Donnarumma bu kluba keçidi barədə danışıb.

"MilanNews" nəşri xəbər verir ki, 22 yaşlı qapıçı Paris təmsilçisinin sabiq qolkiperi Canluici Buffonla danışığından sonra PSJ-yə keçmək qərarına gəldiyini bildirib:

"Bu klub haqqında yaxşı şeylər eşitdim. Daha sonra Buffonla danışdım və o, mənə PSJ-yə keçməyimi məsləhət gördü. Komandanın tarixindən danışdı. Bu klubun bir hissəsi olmağın nə qədər gözəl bir şey olduğunu izah etdi. Buffon məni buraya gəlməyə məcbur etdi. Bu komandanın üzvü olduğum üçün fəxr edirəm. Birlikdə uğurlar qazanmağa çalışacağıq".