"Real" daha bir "Bavariya" futbolçusunu istəyir
Transfer

"Real" daha bir "Bavariya" futbolçusunu istəyir

  • 2021-07-21

"Real" heyətini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir.

"Bild" nəşrinin xəbərinə görə, Madrid təmsilçisinin maraq dairəsində olan oyunçular arasında "Bavariya"dan Leonid Qoretzka da var. "Kral" klubu bu keçid üçün Münhen təmsilçisi ilə danışıqlara başlayıb. Bildirilir ki, Qoretzkanın transferi bu yay alınmasa, "Real" gələn yay onu azad agent kimi sıralarına qatacaq.


Qeyd edək ki, Qoretzka geridə qalan mövsüm Bundesliqada 24 matçda 5 qol vurub.