Beyl qərarını verdi
Transfer

Beyl qərarını verdi

  • 2021-07-21

Uels millisinin yarımmüdafiəçisi Qaret Beyl 2021/22 mövsümünü müqavilə ilə məxsus olduğu "Real"da keçirəcək.

Bu haqda AS nəşri məlumat yayıb. Bildirilib o, MLS təmsilçisi "Los-Anceles Qelaksi"dən aldığı təklifə imtina cavabı verib. Beylin bu məsələyə gələn ilin yayı "Real"la müqaviləsi başa çatandan sonra qayıdacağı bildirilib.

 

Xatırladaq ki, 32 yaşlı futbolçu ötən mövsümü icarə qaydasında "Tottenhem"də (İngiltərə) keçirib. O, buradakı 34 oyunda 16 qol vurub, 3 qolun ötürməsini edib.