Alabaya Ramosun forma nömrəsi verildi
Transfer

Alabaya Ramosun forma nömrəsi verildi

  • 2021-07-21

"Real" David Alabanın transferini açıqlayıb.

Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən keçib.

Avstriya millisinin üzvü yeni komandasında 4 nömrəli formanı geyinəcək. Bu formanı komandanın sabiq kapitanı, PSJ-yə keçən Serxio Ramos geyinirdi. Alabala ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Alaba "Real"a azad agent kimi keçib. Onun son klubu 2010-cu ildən çıxış etdiyi "Bavariya" olub.