“Çelsi”dən Jorjinyoya yeni müqavilə
Transfer

“Çelsi”dən Jorjinyoya yeni müqavilə

  • 2021-07-21

“Çelsi” futbolçusu Jorjinyonun müqaviləsini uzatmaq niyyətindədir.

İngiltərə mətbuatından "The Atletic"in  xəbərinə görə, London klubu italyan yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər müqavilə imzalamaq istəyir. “Çelsi” hazırda Jorjinyo ilə danışıq aparır.

 

Qeyd edək ki, İtaliya milli komandası ilə bu il keçirilən Avropa çempionatının qalibi olan Jorjinyonun “Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.