"Mançester Siti" 36 yaşlı futbolçu transfer etdi
Transfer

"Mançester Siti" 36 yaşlı futbolçu transfer etdi

  • 2021-07-21

"Mançester Siti" komandada icarə əsasında çıxış edən Skott Karsonu birdəfəlik transfer edib.

"Mançester Siti" klubun rəsmi saytı bu haqda məlumat yayımlayıb. Şəhərlilər 36 yaşlı qolkiperlə müqavilə imzalayaraq onun transfer hüququna yiyələnib. Müqavilənin müddəti açıqlanamayıb.


Qeyd edək ki, "Lids"in yetirməsi olan ingilis qolkiper 2019-cu ildən "Mançester Siti"də icarə əsasında oynayırdı. O, indiyə kimi  "Liverpul", "Aston Villa, "Şeffild Yunayted", Vest Bromviç", "Bursaspor" və "Derbi Kauntri"də də çıxış edib.