"Letser"dən türkiyəli oyunçu üçün təklif
Transfer

"Letser"dən türkiyəli oyunçu üçün təklif

  • 2021-07-20

 "Şalke"nin türkiyəli nüdafiəçisi Ozan Kabak karyerasını "Letser"də davam etdirə bilər.

Bu barədə goal.com saytı məlumat yayıb. Xəbərdə premyer Liqa təmsilçisi 21 yaşlı müdafiəçi üçün "Şalke" ilə danışıqlara başladığı qeyd olunub. "Letser" qarşı tərəfə bu keçidə görə 9,5 milyon avro təklif edib. Xatırladaq ki, Türkiyə millisinin üzvlərindən Çağlar Söyüncü də "Lester"də çıxış edir.

Qeyd edək ki, Kabak bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında "Liverpul"da oynayıb amma "Liverpul" onu birdəfəlik almamaq qərarına gəlmişdi.