"Real"dan müdafiə üçün 37 yaşlı transfer planı
Transfer

"Real"dan müdafiə üçün 37 yaşlı transfer planı

  • 2021-07-20

"Real" müdafiə xəttini təcrübəli müdafiəçi ilə gücləndirmək niyyətindədir.

Bu barədə İtalianın məşhur xəbər saytı "Calcio Mercato" məlumat yayıb. Komandanın baş məşqçisi Karlo Ançelotti "Yuventus"la müqaviləsi başa çatan Corco Kyellinini "Real" klubunda görmək istəyir. Madrid təmsilçisi 37 yaşlı müdafiəçiyə 2 illik sözləşmə təklif etməyi planlaşdırır. Lakin "Yuventus" Kyellinini buraxmaq istəmir.


Qeyd edək ki, Kyellini 2005-ci ildən "Yuventus"da oynayır. O, İtaliya millisinin də üzvüdür.