"Real"ın oyunçusu daha 2 il "Milan"da
Transfer

"Real"ın oyunçusu daha 2 il "Milan"da

  • 2021-07-20

"Real"ın icarə əsasında "Milan"da çıxış edən futbolçusu Braim Dias İtaliya təmsilçisində oynamağa davam edəcək.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin daha 2 il icarə əsasında "Milan"da çıxış edəcəyi bildirilib.


Qeyd edək ki, Dias ötən mövsümü də "Milan"da keçirib. O, bu müddət ərzində 39 matçda 7 qol vurub və 4 qolun ötürməsini verib.