"Arsenal"dan yeni transfer
Transfer

"Arsenal"dan yeni transfer

  • 2021-07-20

"Arsenal" heyətini gücləndirib.

"Arsenal" klubunun mətbuat xidməti bu tansfer haqqında məlumat yayıb. London təmsilçisi "Anderlext"dən Albert-Mboyo Sambi Lokonqanı transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Oyunçu "Arsenal"da 23 nömrəli formanı geyinəcək. Klub isə bu keçidə görə 22 milyon avro ödəyib.


Qeyd edək ki, Sabi Lokonqa geridə qalan mövsüm 33 matçda 3 qol vurub.