Kevin Qameyro sabiq klubuna qayıtdı
Transfer

Kevin Qameyro sabiq klubuna qayıtdı

  • 2021-07-19

"Valensiya"dan ayrılan Kevin Qameyronun yeni klubu bəlli olub.

34 yaşlı hücumçu Fransanın “Strasburq” klubuna keçib.

 

Bu barədə “Strasburq” klubunun mətbuat xidməti məlumat yayıb. Fransa millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edek ki, Qameyro peşəkar karyerasına “Strasburq”da başlayıb. O, 2005-2008-ci illər aralığında bu klubda çıxış edib. Kevin Fransada “Strasburq”, “Loryan”, PSJ, İspaniyada “Atletiko”, “Valensiya” kimi klublarda oynayıb.