"Çelsi"dən yeni transfer həmləsi
- 2021-07-18
"Çelsi" yay transfer pəncərəsində heyətini gücləndirmək məqsədi ilə növbəti addımı atıb.
London təmsilçisi "Bavariya"nın fransız futbolçusu Kinqsli Komanı heyətinə qatmaq üçün kluba təklif göndərib. "Zadəganlar" 25 yaşlı hücumçunun əvəzinə qarşı tərəfə futbolçusu Kallum Hudson-Odoini verməyə hazır olduğunu bildirib.
Bununla bərabər Komanda "Bavariya" ilə yeni müqavilə imzalamağa görə razılaşa bilmir. Onun hazırkı Müqaviləsi 2023-cü ilin yayına qədərdir və bu müqaviləyə əsasən, illik 9 milyon avro qazanır. Klub Komana illik 13 milyon avro tələb etsə də, o, bundan daha çox - 18 milyon avro maaş istəyir.
Qeyd edək ki, Koman 2017-ci ildən "Bavariya"da oynayır.