"Harri Keyn "Mançester Siti"yə keçməyə yaxındır
- 2021-07-18
"Tottenhem"in futbolçusu Harri Keyn "Mançester Siti"yə keçməyə yaxındır.
İngiltərə mətbuatındaki xəbərlərə əsasən, İngiltərə millisinin kapitanı artıq "Mançester Siti" ilə razılığa gəlib. Onun yeni mövsümndən "Mançester Siti"də çıxış edəcəyi bildirilib. Tərəflər arasında 5 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Keyn ötən mövsüm 49 oyuna 33 qol vurub.