"Tottenhem" Beyldən imtina etdi
Transfer

"Tottenhem" Beyldən imtina etdi

  • 2021-07-17

"Tottenhem"də icarə əsasında çıxış edən Qaret Beyl yeni mövsümdə London klubunda oynamayacaq.

Bunu komandanın baş məşqçisi Nunu Eşpiritu jurnalistlərə açıqlamasında deyib. "Qaret Beyl komandamızda olmayacaq" - deyə portuqaliyalı mütəxəssis bildirib.

Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan uelsli yarımmüdafiəçi 2013-cü ildə 101 milyon avroya məhz "Tottenhem"dən Madrid klubuna keçib. 2020-ci ildə Beyl "Tottenhem"ə icarəyə verilib. O, paytaxt təmsilçisində Premyer Liqada 20 oyuna 11 qol vurub, Avropa Liqasında isə 10 matçda 3 dəfə rəqib qapılarına yol tapıb. 

Britaniya mətbuatı 32 yaşlı futbolçunun karyerasını bitirəcəyi ilə bağlı xəbərlər də yayıb.