Olivye Jiru “Milan”da - rəsmi
- 2021-07-17
“Milan” “Çelsi”nin futbolçusu Olivye Jirunu heyətinə qatıb.
Bu haqda klubun saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb. Müqavilənin maddi detalları açıqlanmayıb. 34 yaşlı fransalı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
O, ötən mövsüm İngiltərə Premyer Liqasında 17 oyunda meydana çıxıb və 4 qol vurub.