Ronaldo “Yuventus”da qaldı
Transfer

Ronaldo “Yuventus”da qaldı

  • 2021-07-16

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti mövsümdə də Turin klubunda qalacaq.

Bu haqda “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı futbolçu müqaviləsinin bitdiyi günə - 2022-ci ilin iyunun 30-na qədər bütün öhdəliyini yerinə yetirəcəyini vəd edib. O, bununla bağlı klub rəhbərliyinə məlumat verib.

Qeyd edək ki, “Yuventus” rəsmilərindən Pavel Nedved də Ronaldonun başqa komandaya keçəcəyinə dair onlara heç nə söyləmədiyini deyib.

Xatırladaq ki,  xarici mediada Ronaldonun bu yay “Yuventus”un ayrılacağlına dair xəbərlər yayılmışdı.