PSJ-dən Mbappe üçün illik 30 milyon avro
Transfer

PSJ-dən Mbappe üçün illik 30 milyon avro

  • 2021-07-16

PSJ futbolçusu Kilian Mbappeni klubda saxlamaqda israrlıdır.

"Marca"ya əsasən, Paris təmsilçisi 22 yaşlı hücumçuya komanda yoldaşı Neymarın qazandığı qədər maaşının olacağı müqavilə təklif etməyə hazırdır. Qeyri-rəsmi məlumatlara görə, braziliyalı oyunçu vergilər və bonuslar istisna olmaqla ildə 30 milyon avro qazanır.

Ancaq Mbappe hələ də PSJ-dən ayrılmalı olduğuna inandığı vurğulanıb. Fransalı futbolçu bu komandadakı bütün ambisiyalarını reallaşdıra bilməyəcəyinə inanır. Bu vəziyyətdə pul Kilian üçün ikinci dərəcəli rol oynayır.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.