"Ayaks" kapitanı ilə müqaviləni uzatdı
Transfer

"Ayaks" kapitanı ilə müqaviləni uzatdı

  • 2021-07-16

"Ayaks" kapitanı Duşan Tadiçlə müqavilə uzadıb.

Niderland klubunun rəsmi saytına əsasən, serbiyalı futbolçunun yeni sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir.

33 yaşlı yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Serbiya millisinin üzvü 2018-ci ildən "Ayaks"da çıxış edir.