Florensi PSJ-dən ayrıldı
Transfer

Florensi PSJ-dən ayrıldı

  • 2021-07-16

İtaliya yığmasının müdafiəçisi Alessandro Florensi PSJ-dən ayrılıb.

30 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında yaydığı vida mesajı ilə açıqlayıb.

Qeyd edək ki, Florensi müqavilə ilə İtaliyanın “Roma” klubuna məxsusdur. O, icarə əsasında oynadığı PSJ-də geridə qalan mövsümdə 36 matça çıxıb və 2 qol vurub. Təcrübəli futbolçu bu yay İtaliya millisi ilə Avropa çempionu olub.