Ya Keyn, ya da Levandovski
Transfer

Ya Keyn, ya da Levandovski

  • 2021-07-15

Yeni mövsümə heyətini gücləndirmək üçün futbolçu axtarışında olan "Mançester Siti" "Bavariya"nın oyunçusu Robert Levandovskini də transfer siyahısına daxil edib.

Bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, əvvəlcə "şəhərlilər" "Tottenhem"dən Harri Keyni almağa çalışacaq. London təmsilçisi daha əvvəl Keyni 100 milyon avro qarşılığında "Siti"yə satmaqdan imtina etsə də, klub yenidən cəhd etmək niyyətindədir.

Bu dəfə də "Tottenhem" "Mançester Siti"ni əli boş yola salarsa, bu zaman Premyer Liqa təmsilçisi "Bavariya"dan Robert Levanovskini almaq üçün israrlı olacaq.

Qeyd edək ki, Levandovskinin "Bavariya" ilə daha 2 illik müqaviləsi var. Lakin polşalı oyunçu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə işləməyə müsbət yanaşır.