"Çelsi"nin Haaland üçün təklifi
Transfer

"Çelsi"nin Haaland üçün təklifi

  • 2021-07-15

"Çelsi" "Borussiya"nın (Dortmund) futbolçusu Erling Haalandı heyətinə qatmaqda israrlıdır.

"Sky Germany"ə əsasən, London təmsilçisi  20 yaşlı hücumçunun transferi üçün 2 futbolçusundan istifadə etməyi planlaşdırır. "Zadəganlar" Tommi Abraham və Kallum Hudson-Odoini müqaviləyə daxil etməyə hazırdır. Hətta "Çelsi" artıq "Borussiya"ya bu təklifini bildirib. Lakin qarşı tərəf bunu qəbul etməyib. Bildirilir ki, "Çelsi" "Borussiya"nın etirazına baxmayaraq, norveçli oyunçunu sıralarına qatmaqda israrlıdır.

Qeyd edək ki, daha əvvəl klub prezidenti Roman Abramoviçin Haalandın transferinə görə 175 milyon ayırdığı haqda xəbərlər yayılmışdı.