Mbappeyə PSJ-də qalmağı məsləhət görürəm
Transfer

Mbappeyə PSJ-də qalmağı məsləhət görürəm

  • 2021-07-15

PSJ-nin yeni oyunçusu Serxio Ramos hücumçu Killian Mbappeyə komandada qalmağı məsləhət görüb.

"L'Equipe" nəşrinə əsasən, ispan müdafiəçi deyib:

“Mbappeyə PSJ-də qalmağı məsləhət görürəm. Kilianın gələcəyi ilə bağlı qərar verməli olan mən deyiləm, amma onun qalmasını istəyirəm. Ən yaxşı oyunçulara ehtiyacımız var və Kilian da Neymar kimi onlardan biridir. Üçümüz də həqiqətən gözəl şeylərə nail ola bilərik. Açığı, "Real"da oynasaydım, bunu deməzdim. Ancaq indi hazırkı  komandam haqqında düşünürəm. Siyahıda ən yaxşı oyunçuları görmək istəyirəm".