Lokatelli "Yuventus"da
Transfer

Lokatelli "Yuventus"da

  • 2021-07-14

"Sassuolo"nun yarımmüdafiəçisi Manuel Lokatelli karyerasını "Yuventus"da davam etdirməyə qərar verib.

Bu barədə jurnalist Nikola Skira özünün "Tvitter" səhifəsində yazıb. İtaliya millisinin üzvünün Turin təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalamaqla bağlı razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Lokatelli ötən mövsüm A seriyasında meydana çıxdığı 34 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.