Messi daha 5 il “Barselona”da
Transfer

Messi daha 5 il “Barselona”da

  • 2021-07-14

“Barselona” Lionel Messi ilə yeni müqavilə bağlamaqla bağlı razılığa gəlib.

Bu barədə bu gün İspaniyanın və Avropanın aparıcı media qurumları məlumat yayıb. Müqavilənin 2026-cı ilin yayına, yəni 5 illik imzalanması nəzərdə tutulub. İddia edilib ki, argentinalı futbolçu maaşının 50 faiz azaldılmasına razılıq verib. O, hazırda maddi sıxıntıları olan klubun təklifini qəbul edib. Lionel hesab edir ki, bununla komanda yoldaşlarına örnək olmalıdır. Məlumata görə, pul məsələsi danışıqlarda problem yaratmayıb.

O, yeni mövsümündə 20 milyon avro maaş alacaq. Sonrakı ildə isə maaşın artırılması gözlənilir. 2023-cü ildən sonra da Messi komandada qalarsa, bu halda onun maaşı tədricən azaldılacaq. Futbolçunun təzminat qiyməti 600 milyon avro məbləğində müəyyənləşdirilib.

Bildirilib ki, iyulun sonuna qədər “Barselona” Messi ilə yeni müqavilə imzaladığını rəsmən elan edicək.

Xatırıadaq ki, Messinin klubu ilə müqaviləsinin müddəti bu ilin iyunun 30-d başa çatıb. Hazırda o, azad agent sayılır.