"Çelsi"dən Kyeza üçün sərvət
Transfer

"Çelsi"dən Kyeza üçün sərvət

  • 2021-07-14

"Çelsi" Avro-2020-nin çempionu İtaliya millisinin heyətində parlaq oyunu ilə seçilən Federiko Kyezanı sıralarına qatmaq istəyir.

London təmsilçisi artıq 23 yaşlı hücumçu üçün hərəkətə keçib. Bu barədə "Bild" məlumat yayıb. "Çelsi" Kyezanın icarə əsasında çıxış etdiyi "Yuventus"a transfer üçün 100 milyon avro təklif edib. Lakin "qoca sinyora"bu təklifi qəbul etməyib.


Qeyd edək ki, "Yuventus" Kezanı ötən il 10 milyon avro qarşılığında "Fiorentina"dan icarəyə götürüb. Onun müqaviləsində satın alma şərti də var. Buna görə də "Yuventus" Kyezanı cəmi 40 milyon avroya birdəfəlik transfer edəcək.

Əlavə edək ki, Kyeza Avro-2020-də 7 matç keçirib və 2 qol vurub. O,başa çatan mövsümdə isə "Yuventus"da 43 görüşdə 14 qol vurub və 9 qolun ötürməsini verib.