Daniel Starricin yeni klubu müəyyənləşib
Transfer

Daniel Starricin yeni klubu müəyyənləşib

  • 2021-07-14

İngiltərə millisinin sabiq üzvü Daniel Starricin yeni klubu müəyyənləşib.

31 yaşlı hücumçu karyerasını İspaniya da davam etdirəcək. O, yeni mövsümdən La Liqada çıxış edəcək “Malyorka”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Aston Villa”nın yetirməsi olan Starric daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi” və “Liverpul” kimi komandalarda çıxış edib. Hücumçu son olaraq Türkiyənin “Trabzonspor” klubunda oynayıb. O, ötən ildən klubsuz idi.