"Roma"da yeni qapıçı
Transfer

"Roma"da yeni qapıçı

  • 2021-07-14

"Roma" "Vulverhempton"un qapıçısı Ruy Patrisiunu transfer edib.

Klubun saytına əsasən, 33 yaşlı qolkiperlə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Portuqaliyalı oyunçu yeni klubunda 1 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, R.Patrisiu 2018-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyurdu.