PSJ Messini transfer etməyəcək
Transfer

PSJ Messini transfer etməyəcək

  • 2021-07-13

PSJ “Barselona” ilə müqaviləsi başa çatan Lionel Messini transfer etmək fikrindən daşınıb.

“El Espanol Le Parisien”ə əsasən, paytaxt təmsilçisi artıq 34 yaşlı hücumçu ilə müqavilə imzalamağa çalışmayacaq.

Həmçinin bildirilir ki, Messi Kataloniya klubu ilə yeni sözləşmə bağlayacaq. İndiyədək “Barselona”nın maddi problemlərinə görə oyunçu ilə müqaviləni yeniləməsi çətin görünürdü. Lakin La Liqa rəhbərliyi klubun yeni futbolçu qeydiyyatdan keçirməsinə icazə vermir. Bu səbəbdən “Barselona”nın argentinalı oyunçu ilə yoluna davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyunun 30-u başa çatıb.