"İnter" Konte ilə yolları ayırdı
Transfer

"İnter" Konte ilə yolları ayırdı

  • 2021-05-26

"İnter" baş məşqçisi Antonio Konte ilə yolları ayırıb.

51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

İtaliya mətbuatı "İnter"in 2023-cü ilin yayında başa çatacaq erkən ləğvi üçün Konteyə 7 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Milan təmsilçisi Kontenin rəhbərliyi altında bu mövsüm 2010-ci ildən bəri ilk dəfə A seriyasının qalibi olub.

Əlavə edək ki, italiyalı mütəxəssisin adı "Real Madird"lə hallanır.