"Borussiya" Haalandı "Çelsi"yə satmaqdan imtina etdi
- 2021-07-13
"Borussiya" futbolçusu Erlinq Haalandı "Çelsi"yə satmaqdan imtina edib.
Bu barədə jurnalist Kristian Falk özünün "Tvitter" səhifəsində yazıb. "Çelsi"nin sahibi Roman Abramoviçin norveçli hücumçu üçün 170 milyon avro ayırdığı bildirilmişdi.
Qeyd edək ki, Haalandın Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyunu başa çatır.