Rodriqo De Paul "Atletiko"da
Transfer

Rodriqo De Paul "Atletiko"da

  • 2021-07-12

"Atletiko" "Udineze"nin futbolçusu Rodriqo De Paulu transfer edib.

Klubun saytına əsasən, Argentina millisinin yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Transferin maliyyə təfərrüatları açıqlanmayıb.

İspaniya mətbuatı Madrid təmsilçisinin bu transfer üçün 35 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, De Paul 2016-cı ildən "Udineze"də oynayırdı.