Qattuzonun yeni klubu müəyyənləşdi
Transfer

Qattuzonun yeni klubu müəyyənləşdi

  • 2021-05-26

"Napoli"dən ayrılan Cennaro Qattuzonun yeni klubu müəyyənləşib.

O, "Fiorentina"nın baş məşqçisi təyin olunub. 43 yaşlı mütəxəssis A seriyası təmsilçisində işinə iyulun 1-dən başlayacaq. O, bu vəzifədə istefa verən Cüzeppe Yakını əvəzləyib.

Qeyd edək ki, Qattuzo 2019-cu ilin dekabrından "Napoli"ni çalışdırırdı. İtaliyalı çalışdırıcı bir neçə gün əvvəl bu klubdan ayrılmışdı.