Ramos 34 milyonluq təklifdən imtina edib
Transfer

Ramos 34 milyonluq təklifdən imtina edib

  • 2021-07-11

PSJ-nin yeni transferi Serxio Ramos “Arsenal”a keçə bilərmiş.

“Goal.com”a əsasən, London klubu 35 yaşlı müdafiəçiyə iki illik müqavilə təklif edib.

Müqavilənin şərtlərinə əsasən Ramosa ilinə 17 milyon avro qazanc təklif edilib. Ancaq ispan futbolçu “Arsenal"ın Çempionlar Liqasında oynamayacağına görə bu təklifə razı olmayıb.

Qeyd edək ki, Ramos  PSJ ilə 2 illik müqavilə imzalayıb.