Zidan millidən təklif gözləyir
Transfer

Zidan millidən təklif gözləyir

  • 2021-07-10

"Real"dan ayrılan Zinəddin Zidan Fransa millisindən təklif gözləyir.

Bu barədə ESPN məlumat yayıb. 49 yaşlı mütəxəssis klublardan gələn təklifləri qəbul etməyəcək. O, ölkəsinin yığma komandasını çalışdırmaq istəyir. Həmçinin bildirilir ki, Zidan millinin hazırkı baş məşqçisi Didier Deşam vəzifəsindən ayrılana qədər gözləməyə hazırdır.


Qeyd edək ki, Fransa millisi Avro-2020-ni erkən başa vurub. Komanda 1/8 final mərhələsində İsveçrəyə uduzaraq turnirlə vidalaşıb. Buna baxmayaraq, Deşamın vəzifəsindən ayrılacağı gözlənilmir.