"Liverpul"dan "Bazel"ə
Transfer

"Liverpul"dan "Bazel"ə

  • 2021-07-09

“Liverpul”un futbolçusu Liam Millar "Bazel"ə keçib.

İngiltərə klubunun rəsmi saytına əsasən, 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

İsveçrə təmsilçisi bu transfer üçünn Mersisayd klubuna 1,5 milyon avro ödəyib.

Qeyd edək ki, Kanada millisinin də üzvü olan Millar “Liverpul”un əsas komandası ilə bir oyuna çıxıb.