"Real Madrid" Modriçlə yeni müqavilə imzaladı
Transfer

"Real Madrid" Modriçlə yeni müqavilə imzaladı

  • 2021-05-25

"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Xorvat yarımmüdafiəçi ilə bu yay başa çatacaq müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Modriç 2020/2021 mövsümündə bütün turnirlədə 49 matça çıxıb, 6 qol vurub, eyni sayda qolun ötürməsini verib.