"Milan"da 5 illik müqavilə
Transfer

"Milan"da 5 illik müqavilə

  • 2021-07-09

“Milan” “Breşiya”dan icarəyə götürdüyü Sandro Tonalinin transfer hüquqlarını da alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Tonali “8” nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Tonali ötən mövsümün əvvəlində icarəyə götürülmüşdü. İtaliyalı yarımmüdafiəçi "Milan"da 37 oyuna çıxıb.