Jirunun transferi gələn həftə açıqlana bilər
Transfer

Jirunun transferi gələn həftə açıqlana bilər

  • 2021-07-09

"Çelsi"nin futbolçusu Olivye Jiru "Milan"a keçməyə yaxındır.

Bu barədə "Sky Sport"un jurnalisti Canluka Di Martsio öz Tvitter hesabında məlumat yayıb. İtaliya klubunun artıq bütün detallarda "Çelsi" ilə razılığa gəldiyi və futbolçunun keçidinin gələn həftə rəsmən açıqlanacağı bildirilib. "Milan" 34 yaşlı hücumçunun transferinə görə London klubuna 1 milyon avro ödəyəcək.

Qeyd edək ki, Jiru 2017-ci ildə "Arsenal"dan 17 milyon avro qarşılığında "Çelsi"yə keçib. O, bu müddətdə 119 oyuna 39 qol vurub, 14 məhsuldar ötürmə edib.