"Atletiko" Simeone ilə müqaviləni uzatdı
Transfer

"Atletiko" Simeone ilə müqaviləni uzatdı

  • 2021-07-09

Son İspaniya çempionu "Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.

Madrid klubunun rəsmi saytına əsasən, argentinalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Simeone ilə yanaşı məşqçilər korpusunun digər üzvlərinin də müqaviləsi uzadılıb.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.