Didye Deşamla bağlı qərar açıqlandı
- 2021-07-08
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-də də yığmanı çalışdıracaq.
Bunu Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae "Le Figaro"ya açıqlamasında deyib.
O, millinin Avro-2020-dəki uğursuzluğuna baxmayaraq, Deşamın vəzifəsində qalacağını bildirib: "İstəyimiz işinə davam etməsidir. Qarşılıqlı hörmət və inamdan zövq alırıq. Deşamla bağlı qərarı 3 dəqiqəyə verdik".
Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2012-ci ildən Fransa millisini çalışdırır. Onun komandası Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq mübarizəni dayandırıb.