Çerçesov istefaya göndərildi
Transfer

Çerçesov istefaya göndərildi

  • 2021-07-08

Rusiya Futbol İttifaqı millinin baş məşqçisi Stanislav Çerçesovla yolları ayırıb.

Qurumun saytına əsasən, onunla birgə digər məşqçi heyəti ilə də müqavilə ləğv olunub. Yeni baş məşqçi vəzifəsinə namizədin axtarışlarına başlanacağı vurğulanıb.

Qeyd edək ki, Rusiya millisi Avro-2020-də B qrupunu 3 xalla sonuncu pillədə başa vurub.

Xatırladaq ki, Çerçesov 2016-cı ilin avqustundan yığmanı çalışdırırdı.