Ramos "PSJ"də - Rəsmi
Transfer

Ramos "PSJ"də - Rəsmi

  • 2021-07-08

"Real"dan ayrılan Serxio Ramosun PSJ-yə keçidi rəsmiləşib.

Klubun saytına əsasən, 35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, Paris təmsilçisinə azad agent kimi keçib. İspan oyunçu yeni klubunda 4 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ramos 2005-ci ildən oynadığı "Real"dan müqaviləsinin müddəti başa çatdığı üçün ötən ay ayrılmışdı.