Kolarov daha 1 il İnterdə
Transfer

Kolarov daha 1 il İnterdə

  • 2021-07-06

Son İtaliya çempionu “İnter”  müdafiəçisi Aleksandr Kolarovla yeni müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü ötən mövsümün əvvəlində 1.5 milyon avroya “Roma”dan “İnter”ə transfer olunub.