PSJ 70 milyonluq transferi açıqladı
- 2021-07-06
"İnter"in müdafiəçisi Əşrəf Hakiminin PSJ-yə keçidi rəsmiləşib.
Paris klubunun rəsmi saytına əsasən, mərakeşli futbolçu ilə 5 illik müqavilə imzalanıb. Paytaxt təmsilçisi bu keçid üçün 70 milyon avro təzminat ödəyəcək. Hakiminin illik maaşının isə 8 milyon avro olacağı bildirilib.
Qeyd edək ki, 22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avroya keçmişdi.