Tiaqo Mottanın yeni klubu
Transfer

Tiaqo Mottanın yeni klubu

  • 2021-07-06

"PSJ", "İnter" və "Barselona"nın sabiq futbolçusu Tiaqo Mottanın yeni klubu müəyyənləşib.

Bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. O, 38 yaşlı mütəxəssisin  İtaliya A seriyası təmsilçisi "Spezia" ilə  razılığa gəldiyini yazıb. Tərəflərin 2024-cü ilin iyununa kimi müqavilə imzalayacağı bildirilib.

Bu, T.Mottanın ikinci baş məşqçi təcrübəsi olacaq. O, bundan əvvəl 2019-cu ilin sentyabrında "Cenoa"ya baş məşqçi təyin olunub və orada cəmi 4 ay çalışıb.