Qrizmannın gələcəyi Messidən asılıdır
Transfer

Qrizmannın gələcəyi Messidən asılıdır

  • 2021-07-06

"Barselona"nın futbolçusu Antuan Qrizmannın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Kataloniya təmsilçisi ilə 30 yaşlı hücumçu bu yay Kataloniya təmsilçisini tərk edə bilər. İspaniya mətbuatında yayılan məlumata görə,  Qrizmannın "Barselona"da qalıb-qalmayacağı Lionel Messidən asılıdır. Belə ki, 34 yaşlı hücumçu klubla yeni müqavilə imzalamağa razı olarsa, "Barselona" Qrizmannı satacaq. Buna səbəb isə koronovirus pandemiyasına görə büdcədə yaranan problemlərdir. Bu səbəbdən La Liqa təmsilçisi xərclərini minimuma endirmək niyyətindədir.Lakin Messi "Barselona" ilə yeni sözləşmə imzalamasa, Qrizmann komandanın hücum xəttinin liderinə çevriləcək.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi başa çatıb. O, hazırda azad agentdir. Qrizmannın klubla sözləşməsi isə 2024-cü ilin yayına qədərdir.