"Lill"də yeni baş məşqçi
Transfer

"Lill"də yeni baş məşqçi

  • 2021-07-06

Son Fransa çempionu "Lill"in yeni baş məşqçisinin adı açıqlanıb.

Klubun saytına əsasən, bu vəzifəyə Joslen Qurvennek təyin olunub. Fransalı mütəxəssis gözlənilmədən istefaya verən Kristof Qaltyeni əvəzləyib. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, J.Qurvennek 2019-cu ildə Fransanın "Qenqam" klubunu  çalışdırıb.

Xatırladaq ki, "Lill"də türk futbolçular Burak Yılmaz, Zeki Çelik və Yusuf Yazıcı çıxış edir.