Ramos sabah tibbi müayinədən keçəcək
Transfer

Ramos sabah tibbi müayinədən keçəcək

  • 2021-07-05

"Real"dan ayrılan Serxio Ramos PSJ-yə keçməyə yaxındır.

"L'Equipe" nəşrinə əsasən, Paris təmsilçisi ispan müdafiəçi ilə müqavilənin son şərtləri barədə razılığa gəlib. 35 yaşlı oyunçu sabah PSJ-də tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Ramosun Paris klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, futbolçu 2005-ci ildən oynadığı "Real"dan ötən ay azad agent kimi ayrılıb.