Ronaldo ilə bağlı yeni xəbər
Transfer

Ronaldo ilə bağlı yeni xəbər

  • 2021-07-05

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalayacaq.

Bu barədə "La Gazzetta dello Sport" və "Sport Mediaset" nəşrləri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçunun adı "Mançester Yunayted" və PSJ ilə hallanmasına baxmayaraq, o, Turin təmsilçisində qalmağa qərar verib. 36 yaşlı oyunçunun bu həftənin sonuna qədər "Yuventus" 2022-ci ilin iyunu başa çatacaq müqavilənin müddətini daha 1 il uzada biləcəyi vurğulanıb.

 

Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda oynayır.