"Atletiko"dan növbəti transfer
Transfer

"Atletiko"dan növbəti transfer

  • 2021-07-05

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib.

Klubun saytına əsasən, Madrid təmsilçisi "Fluminense"nin hücumçusu Markos Paulonun transferini tamamlayıb. 20 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün klub təzminat ödəməyib.

Paulo Braziliyada anadan olsa da, Portuqaliya vətəndaşlığına da sahibdir. O, Portuqaliyanın gənclər komandalarında bir neçə dəfə meydana çıxıb.

Qeyd edək ki, futbolçu Braziliya A Seriyasının son mövsümündə meydana çıxdığı 24 matçda  3 qol vurub, eyni sayda qolun ötürməsini verib.